Pentaqondan Türkiyə açıqlaması: Gərginlik var, ancaq…
Türkiyə və ABŞ arasında son dövrlərdə yaşanan diplomatik problemlər hərbi münasibətlərə təsir göstərmir.
ARANTV.AZ xəbər verir ki, bu sözləri Pentaqonda keçirilən mətbuat konfransında çıxışı zamanı İŞİD-ə qarşı beynəlxalq koalisiyanın komandirlərindən olan Feliks Qedni deyib.
“Türkiyə hərbi koalisiyaya, hərbi birliyə dəstək verən dəyərli bir NATO və regional müttəfiqimizdir. Strateji səviyyədə yaşananlar var, ancaq professional münasibətlərimizdə, əməliyyat-taktiki tədbirlərin gedişində bir dəyişiklik görmürük”, – Qedni bildirib.axar.az

