Maraqlı Region Xəbərləri 

Ağdam rayon 34 sayll məktəbdə “SON ZƏNG”

İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Bu yaddaqalan, hər an xatırlana biləcək günlərdən biri də “Son zəng” günüdür. Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olur. Hər dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydim” arzusu keçir. Onbirincilər bu günə xüsusi olaraq hazırlaşırlar. Şeir axtarıb tapan kim, mahnı yazdıran kim. 34 saylı məktəbin onbirinciləridə başda oqlum Kənan Babazadə olmaqla belə heyacanlı gunlər yaşadilar ve nəhayət bu da son. Tədbir Azərbaycan himni ilə başladı, ilk olaraq məktəbin drektoru Gunel Vəliyeva muəllimləri, valideynləri, onbirinciləri salamladı və uqurlar arzuladı. Sonra tedbir onbirincilərin hazirladığı mahnı, rəqs və valideynlərin cixişlari ilə davam etdi, sonda isə onbirincilərlə birincilər bir birlərini təbrik etdilər. Mən bu əziz gün münasibətilə bütün məzunları təbrik edir, arzu edirəm ki, tələbə adına layiq görülub öz əməlləri ilə Vətənimizin adını həmişə zirvələrə ucaltsınlar.

Daha çox xəbərlər