Azərbaycan daha beş ölkədə Ticarət Evi açacaq – FOTO

Azərbaycan xaricdə ticarət evlərinin sayını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, bunu İxracatçılar Klubunun ticarət evlərinin fəaliyyətinə həsr olunmuş iclası zamanı iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədov deyib.

Onun sözlərinə görə, yaxın zamanlarda Azərbaycan daha beş ölkədə ticarət evləri açacaq:

“2018-ci ilin sonuna kimi Birləşmiş Ərəb Əmirlikləri, Rusiya, Çin, Polşa və Qazaxıstanda ticarət evlərinin açılması planlaşdırılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.