Dünya 

Dəhşətli qəzanın təfərrüatı: Sürücü qəsdən törədib

Türkiyədə tələbələri Uludağa ekskursiyaya aparan avtobusun aşması hadisəsində maraqlı faktlar ortaya çıxıb.

ARANTV.AZ modern.az-a istinadən bildirir ki, 1 nəfərin ölümü və 38 nəfərin yaralanmasına səbəb olan qəzanı sürücünün qəsdən törətdiyi ortaya çıxıb.

Dəhşətli qəzada avtobusun yan üstə aşdığı məlum olub.

“Əgər aşırtmasaydım aşağı düşəcəkdik” – sürücü ilk ifadəsində bunları söyləyib.

Onun sözlərinə görə əyləclərdə yaranan problemə görə avtobusu dayandırmaq üçün aşırıb.

Qeyd edək ki, hadisə nəticəsində 20 yaşındakı tələbə Talha Erbil həyatını itirib.

Daha çox xəbərlər

Leave a Comment