Cəmiyyət 

Sumqayıtda rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı məlum olub

Sumqayıt şəhərində rəsmi qeydiyyatda olan narkotik istifadəçilərinin sayı 3 517 nəfərdir.

 

Bu barədə “İki sahil”ə Sumqayıt şəhər Narkoloji Dispanserdən bildirilib.

 

Məlumata görə, hazırda müəssisədə qeydiyyatda olan narkoloji xəstələrin sayı 6 452 nəfərdir. Narkotik istifadəçilərinin sayı isə 3 517 nəfər təşkil edir. Onlardan 114 nəfəri qadındır.

 

Sumqayıt şəhər Narkoloji Dispanserdə qeydiyyatda olan alkoqolizm xəstələrinin sayı isə 1 942 nəfərdir. Onların 22-i zərif cinsin nümayəndəsidir.

 

Bildirilib ki, narkoloji xəstələrin və narkotik istifadəçilərinin əksəriyyəti 20-40 yaş arasındadır.

Daha çox xəbərlər