Şou biznes 

Seyran onlarla bir səhnəni bölüşəcək

Almaniyada yaşayan azərbaycanlı müğənni Seyran İsmayılxanov Köln şəhərində növbəti konsert verməyə hazırlaşır. ARANTV.AZ  xəbər verir ki, ifaçının musiqili gecəsi 9 mart tarixində baş tutacaq. Pop ulduz sevənləri ilə görüşdə sevilən nəğmələrini ifa edəcək. Seyran ilə yanaşı səhnədə Azərbaycanın məşhur müğənniləri Günay İbrahimli və Çingiz Mustafayev də olacaq.

Daha çox xəbərlər