Hadisə 

Daşkəsəndə qayınata kürəkəni vəhşicəsinə döydü

Daşkəsən sakini döyülüb.

ARANTV.AZ  APA-ya istinadən xəbər verir ki,  rayon sakini 27 yaşlı Məmmədov Seymur İbrahim oğlu xəstəxanaya yerləşdirilib.

Aparılan müayinə zamanı onun döyülərək kəllə-beyin zədəsi aldığı, həmçinin bədəninin müxtəlif yerlərinə xəsarət yetirildiyi müəyyən edilib. İlkin məlumatlara görə, xəsarət alan şəxs kirayədə qaldığı evdə qayınatası ilə mübahisə edib və bu mübahisə davaya çevrilib.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

Daha çox xəbərlər