Dünya 

Baltikyanı ölkələrin, Gürcüstan, Polşa və Ukraynanın nümayəndə heyətləri AŞPA-nı tərk edib

Ukrayna nümayəndə heyəti Avropa Şurasının Parlament Assambleyasını tərk edib.

ARANTV.AZ trend-ə istinadən bildirir ki, bunu Ukrayna nümayəndə heyətinin üzvlərində biri deyib.

Nümayəndə heyətinin rəhbəri Vladimir Aryev bildirib ki, Ukraynanın gələcəkdə AŞPA-da olması məsələsinə iyulun 21-i keçiriləcək növbədənkənar seçkilər nəticəsində seçilərəck Ali Radanın yeni tərkibi qərar verəcək.

Ukrayna nümayəndə heyətinin üzvü Aleksey Qonçarenko bildirib ki, AŞPA-nın yay sessiyasını Ukrayna ilə yanaşı Estoniya, Latviya, Litva, Gürcüstan nümayəndə heyətləri və Polşa nümayəndə heyətinin bir hissəsi tərk edirlər.

Daha çox xəbərlər