Region Xəbərləri Təhsil 

Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.

Xocalı faciəsindən 32 il ötür
_______________________________
Bu gün ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 32 il ötür. Bu münasibətlə Bərdə şəhər Milli Qəhrəman Elgiz Kərimov adına 4saylı tam orta məktəb də “XX əsrin faciəsi” Xocalı faciəsinə həsr olunmuş anım tədbiri keçirildi.Tədbiri məktəbin direktoru Tofiqə Məmmədova açdı. Sonra təlim tərbiyə işləri üzrə direktor müavini Baxşeyiş Məmmədli çıxış etdi. Tədbir zamanı Xocalı qurbanları bir dəqiqləik sükütla yad olundu. Daha sonra şagirdlər Xocalı faciəsinin ağrılarını, düşmənə qarşı nifrət hisslərini vətənpərvərlik ruhunda səsləndirdikləri şeirlər, ədəbi-bədii kompozisiyalar və mahnılar vasitəsilə ifadə ediblər.

Daha çox xəbərlər