Cəmiyyət 

Hər çayı “bitki mənşəlidir” deyə içmək olmaz – Mütəxəssis məsləhəti

Hər çayı “bitki mənşəlidir” deyə içmək olmaz.

ARANTV.AZ xəbər verir ki, bunu qidalanma və pəhriz üzrə mütəxəssis Tuba Kayan Tapan deyib.

“Bəzi bitki çayları müxtəlif problemlərin həlli kimi təqdim olunur. Xüsusilə qəbizlikdən əziyyət çəkən və tez arıqlamaq istəyən insanlar bu çayları dərk etmədən içirlər. Hazırkı dövrdə arıqlamağa və ya qəbizliyi müalicəyə kömək etdiyi iddia olunan çaylara böyük tələbat var. Üstəlik, bu çaylar “bitki mənşəli” olduğu üçün təsadüfi istehlak edilir. Bu vəziyyət heç də ürəkaçan deyil. Belə çayların həddindən artıq istehlak edilməsi insanlar üçün təhlükəlidir. Bununla bağlı mütəxəssisə, həkimə müraciət edilməlidir. İnsan hər növ çayı qəbul etməməlidir. Məsələn, altı aydan kiçik körpələrə, ümumiyyətlə, bitki çayı verilməməlidir. Altı aydan sonra pediatrla məsləhətləşdikdən sonra cökədən istifadə etməyə başlamaq olar. Dərmandan istifadə edənlər də bu baxımdan risk altındadır, çünki bitki çayları dərmanlarla qarşılıqlı təsir göstərə bilər. Qaraciyər və böyrək xəstəliyi olanlar, xərçəng müalicəsi alanlar, qan durulaşdırıcı dərman qəbul edənlər diqqətli olmalıdırlar. Həddindən artıq “hibiskus” çayı istehlakı qaraciyər fermentlərini artıra bilər. “Sarımsaq” çayı qan durulaşdırıcılarla qarşılıqlı təsir göstərə bilər. Allergik insanlar allergik reaksiyalara səbəb ola biləcəyi üçün “çobanyastığı” və “ekinezya” çayını istehlak etməməlidirlər. Xroniki mədə xəstəliyi olanlar və ya başqa bir sağlamlıq problemi olanlar əvvəlcə həkimləri ilə məsləhətləşməlidir”, – deyə mütəxəssis vurğulayıb.

Onun sözlərinə görə, arıqladan çaylar qaraciyər və böyrəklərə zərər verə bilər. Bu çayların tərkibində mati, bamya toxumu, senna və ya digər maddələr ola bilər. Buna görə də mənfi təsirləri vardır. Sadəcə gündə 3 stəkan bitki çayı içmək olar. Bitki çaylarının həddindən artıq istehlakı bəzi mənfi təsirlərə səbəb ola bilər. Ona görə də bütün bitki çayları gündə 5-7 stəkandan çox istehlak edilməməlidir. Tövsiyə olunan istehlak miqdarına riayət etmək vacibdir. Səhhətində hər hansı problemi və ya xroniki xəstəliyi olanlar mütləq həkimə müraciət etməlidirlər.

Daha çox xəbərlər