Cümə, 26 İyn, 2026

Ana və qızı dəm qazından zəhərləndi

Sumqayıtda dəm qazından zəhərlənmə faktı qeydə alınıb.

ARANTV.AZ  apa-ya istinadla xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin qəsəbəsinin Şirvan yaşayış massivində baş verib.

1986-cı il təvəllüdlü Könül Nəsibova və onun qızı, 2006-cı il təvəllüdlü Günay Nəsibova dəm qazı zəhərlənməsi ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.