PA-ya dəvət olundular, amma fayda vermədi: Elgizin efirində növbəti BİABIRÇILIQ-VİDEO
Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl ATV, XƏZƏR, ARB və SPACE telekanallarının rəhbərləri Prezident Administrasiyasına dəvət olunublar. Qeyd edilib ki, ictimai narazılıq və narahatlıq doğuran “Bizimləsən”, “Elgizlə izlə”, “Səni axtarıram”, “Həmin Zaur”, “Gəl danış”, “Yaxşıya doğru”, “Təsir dairəsi” kimi verilişlər son illər teleradio məkanının inkişafı sahəsində əldə olunmuş uğurlara ciddi kölgə salır.
Sonxeber.az xəbər verir ki, xəbərdarlıqlara baxmayaraq, ARB telekanalında yayımlanan və Elgin Əkbərin aparıcılıq etdiyi “Elgizlə izlə” verilişində yeni bir bayağılığa imza atılıb. Belə ki, verilişdə qonaq qismində iştirak edən müğənni Ziba Osmanlı və ekspert qismində iştirak edən Anar Vəziroğlu arasında qalmaqal yaşanıb. Belə ki, müğənni anasını itrdikdən sonra səhnəyə çıxdığı üçün onu tənqid edən Anar Vəziroğluna sərt cavab verib.
Müğənni bildirib ki, bu məsələdə heç kim onu qınaya bilməz və mövzunun müzakirəsi ilə bağlı xəbərdarlıq edib. Eyni zamanda müğənni Ziba Osmanlı sosial şəbəkə hesabında deyib ki, kadrların çox hissəsi kəsilərək efirə getməyib.
Xatırladaq ki, həmin verilişlərdə eybəcər qalmaqalların əvvəlcədən ssenariləşdirilməsi, auditoriyanın pulla cəlb edilməsi, iştirakçılarla əlaqələrdə korrupsiya sxemlərinin həyata keçirilməsinə dair çoxsaylı şikayətlər var. Telekanalların rəhbərlərinin nəzərinə çatdırılıb ki, vəziyyət belə davam edə bilməz və qısa zamanda bu biabırçılığa son qoyulmayacağı, verilişlərin fəaliyyətində dönüş yaradılmayacağı təqdirdə, qanunauyğun şəkildə sanksiyaların tətbiq olunması, hətta telekanalların fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı tədbirlər qaçılmaz olacaq.
Həmin görüntüləri təqdim edirik:

