Bərdədə məcburi köçkünlər ailələri üçün salınan yaşayış qəsəbəsinin yaxınlığı zibillik içində batır – VİDEO
Bərdədə məcburi köçkünlər ailələri üçün salınan yaşayış qəsəbəsində , binaların yaxınlığına tökülmüş zibilliklər həmin ərazidə yaşayan sakinlər üçün xəstəlik mənbəyinə çevrilib. Burada yaşayan insanlar bir udum təmiz havaya möhtac qalıblar. Bu barədə Arantv.az-a danışan Qəsəbə sakinləri bildiriblər ki, yaşadıqları binanın ətrafına tökülən tullantıların üfunət iyindən, həşəratların əlindən evdə yaşamaq mümkün deyil: “Hər gün binamızın yaxınlığında yolun kənarına atılan zibilləri yandırırlar. Təsəvvür edin ki, həmin üfunət iyindən evdə dura bilmirik. Həyətə düşməyə, bir neçə dəqiqə açıq havada durmağa peşman olmuşuq”. Məişət tullantıları olan ərazidən yayılan həşəratlar binaların zirzəmilərinə və evlərə axın edir. Hazırda binaların zirzəmisində tarakan, xırda qara kəpənəklər və birələr artmağa başlayıb. həşəratlara qarşı heç bir dezinfeksiya işlərinin aparılmaması səbəbindən evlərə daraşan bu həşəratlar insanlar arasında narahatlıq yaradır.
Aidiyatı qurumların yaranmış vəziyyətə laqeyd münasibətinin əziyyətini isə qəsəbədə yaşayan insanlar çəkir.
Yeqin ki şəkiliş efirə gedəndən sonra 866 saylı qəsəbədə yaranmış xoşagəlməz hallarla bağlı qısa bir zamanda tədbir görüləcəkdir .

