Cəmiyyət 

Uşaqlarda ən çox rast gəlinən ürək xəstəlikləri…

Uşaqlarda ən çox rast gəlinən ürək xəstəlikləri anadan gəlmə ürək xəstəlikləridir. Anadangəlmə ürək xəstəlikləri, hamiləliyin ilk zamanlarında ortaya çıxan, uşaq doğulduğu andan etibarən ürəyində olan struktur xəstəlikdir.

Bu sözləri “İki sahil”ə açıqlamasında Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinin müdiri, invaziv kardioloq Şəfəq Nəzirova bildirdi.

Kardiloq bildirdi ki, hər doğulan 1000 uşaqdan təxminən səkkizində anadangəlmə ürək xəstəliyi müşahidə edilir. Ana, ata və ya yaxın qohumlarda anadangəlmə ürək xəstəliyi varsa doğulacaq uşaqda risk daha yüksəkdir. Anadangəlmə ürək xəstəliklərinə VSD ( ventrikulyar septal defekt ), fallo tetradası , böyük artetiyaların transpozisiyası , tək mədəcik kimi ağır xəstəliklər aiddir .

Daha çox xəbərlər