Siyasət 

BQXK-nın Xankəndi ofisi Bərdəyə köçürülüb – YENİLƏNİB

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Qarabağ bölgəsində fəaliyyətini yenidən qurur.

Bu barədə “Report”un sorğusuna cavab olaraq BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O bildirib ki, BQXK-nın həmin əraziləri əhatə edən fəaliyyəti Bərdə ofisindən idarə olunacaq:

“Ehtiyacı olan insanlara dəstəyimiz davam etdiriləcək”.

Qeyd edək ki, bundan əvvəl BQXK-nın ofisi Xankəndidə fəaliyyət göstərirdi.

11:52

Beynəlxalq Qızıl Xaç Komitəsinin Xankəndidəki (BQXK) ofisi bağlanıb.

Bu barədə Ermənistanın İctimai Televiziyasına BQXK-nın İrəvan üzrə kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni məlumat verib.

Onun sözlərinə görə, ofis Bərdəyə köçürülüb.

“Bərdədəki ofisə humanitar məsələlərlə, məsələn, Qarabağda yaşayan ermənilərin işləri ilə məşğul olacaq əməkdaşlar qoşulacaqlar”, – deyə Z.Amatuni əlavə edib.

Daha çox xəbərlər