İSLAM Ramazan 

Hansı şəxsin fitrə verməsi vacib deyil? – İlahiyyatçı cavablandırır

“Fitr bayramı axşamı qürub çağı həddi-büluğa çatmış və aqil olan, huşsuz, yoxsul və qul olmayan şəxs özü və çörək yeyəni olan şəxslər üçün adambaşına öz şəhərində çox istifadə edilən buğda, arpa, xurma, kişmiş, düyü, qarğıdalı kimi ərzaq mallarından müstəhəqqə bir “sa” (təqribən üç kq-a bərabər olduğu deyilir) verməlidir. Onun yerinə pul versə də kifayətdir. Lazım ehtiyata əsasən, öz şəhərində çox işlənməyən qidalardan, hərçənd bu qida buğda, arpa, xurma, yaxud kişmiş olsa belə, verməməlidir.”
Bu fikriləri Sumqayıt Cümə məscidinin imamı, ilahiyyatçı Hacı Gülağa İsmayılov “İki sahil”ə müsahibəsində deyib.

Hacı Gülağa İsmayılov bildirib ki, özünün və ailəsinin illik xərclərinə sahib olmayan və ailəsinin xərclərini təmin edəcək bir gəliri də olmayan bir şəxs fəqir hesab olunur. O şəxsin fitrə zəkatı verməsi vacib deyil. Əksinə həmin şəxsə fitrə zəkatı verilməlidir: “Fitr” kəlməsi “orucu açmaq” “orucu başa vurmaq” mənasına gəlir. Həmçinin Fitr sözü ərəbcədən tərcümədə fitrətə qayıdış anlamına gəlir. Yəni, bir ay boyunca sübh azanından şam azanına kimi ilahi məhdudiyyətlərlə əhatələnən müsəlman öz fitri yaradılışında olan yemək içmək və s. halına qayıdır.”

Daha çox xəbərlər