Otuz iki ildən sonra şuşalılar doğma yurdda
Prezident İlham Əliyevin tapşırığı əsasında, Şuşadan olan məcburi köçkünlərin doğma şəhərə qayıdışı başlanıb. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcək ailələr arasında püşkatma keçirilib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəliyinin, Şuşa Rayon İcra Hakimiyyətinin və Dövlət Komitəsi yanında İctimai Şuranın nümayəndələri də iştirak ediblər.
Qayıdışın başlanmasını çox böyük sevinc hissi ilə qarşılayan şuşalılar məcburi köçkünlük dövründə onlara göstərilən diqqət və qayğıya, həmçinin hazırda şəhərin bərpasına və yenidən qurulmasına, orada müasir tələblərə cavab verən yaşayış şəraitinin yaradılmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar. Yeni yaşayış sahələri indiyədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir.
İlk püşkatma şəhid ailələri, qazilər və şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Mənzillər 2, 3, 4, 5 otaqlıdır.
Şuşa bizim əyilməz ruhumuzun rəmzidir.
İlkin mərhələdə birinci yaşayış kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7- si beşotaqlı olan 450 mənzildən ibarətdir.
Xalqımız elə bir qəhrəmanlıq , fədakarlıq göstərib ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar. Bizim xalqımıza hörmət edirlər. Çünki Azərbaycan öz haqqını danışıqlar yolu, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa edib. Ordumuz, şəhərlərimizi, kəndlərimizi azad etdi, qan töküldü, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.
Bu gün Şuşadan olan məcburi köçkünlərin öz doğma yurduna ilk qaydışı başlayır.
Şuşaya ilk qayıdacaq 20 ailə püşkatma yolu ilə müəyyən edilib. Qeyd edək ki, Şuşa şəhərinə köçürüləcək ailələr çoxmənzilli binalarda mənzillə təmin olunacaqlar.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov qeyd edib ki, yeni yaşayış sahələri indiyədək respublika ərazisində müxtəlif yerlərdə müvəqqəti məskunlaşmış və Şuşa şəhərində daimi qeydiyyatda olan məcburi köçkünlərə verilir. İlk püşkatma şəhid ailələri, qazilər, şəhərdə tikinti, bərpa-quruculuq işlərində çalışan 20 ailə arasında keçirilib və onların hər birinə ailə tərkibinə uyğun mənzil təqdim edilib. Şuşaya ilk qayıdış ölkə tarixində əlamətdar hadisə kimi qalacaq.
“Millətimizə və əziz şuşalılılara gözaydınlığı verirəm. Millətimiz və şuşalılar otuz il ərzində Şuşanın həsrəti ilə yaşayıblar. Şuşalılar həsrətlə gözləyirdilər ki, nə zaman öz doğma yurdlarına qayıdacaqlar. Nəhayət ki, həmin gün gəlib çatdı. Şuşalılar öz vətənlərinə qayıtmağa başlayıblar. Əminəm ki, işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzura qayıdış uğurla başa çatacaq. Şuşaya ilk qayıdış tarixi bir hadisədir. Bu tarixi günü bizə yaşadan Prezidentimiz və müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlığımızı bildiririk. Həqiqətən, çox sevincli və qürurlu günlər yaşayırıq.
Dövlət başçımızı xalqımızı sevindirməkdə davam edir. Bundan sonra daha sevincli günləri görəcəyik”.
Nərgiz Həsənova – Bərdə rayon E.Əsədov adına Türkmən kənd tam orta məktəbin direktoru

