Azərbaycan yeni platformaların formalaşmasına öz töhfəsini verir .
Məlum olduğu kimi Arərbaycan Respublikasının Prezidenti İ.Əliyev aprelin 26 –da Almaniyanın paytaxtı Berlində keçirilən “15-ci Petersberq İqlim Dialoqu ” nun Yüksək səviyyəli seqmentində iştirak edib . Prezident öz çıxışında bildirib ki COP 29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək bizim üçün böyük şərəfdir.Bu həmçinin böyük məsuliyyətdir, çünki biz həm yaxşı tədbir təşkil etməli, həm də yaxşı nəticələrə nail olmalıyıq.Konfransdan sonra Prezident İlham Əliyev “Euronews” telekanalına verdiyi müsahibədə bildirib ki, biz 4 il 120 ölkəni birləşdirən Qoşulmama hərəkatının sədri olmuşuq. Sədrliyimiz zamanı biz hərəkatın bir çox üzvləri ilə məhsuldar münasibət qurduq.Həmin dövrdə biz 80-dən çox ölkəyə humanitar,maliyyə və texniki yardım göstərdik.Biz bütün tərəflər üçün rahat olan bir mühit yaratmaq istəyirik.Prezident öz çıxışında konfransda verdiyi mesajından biri bu idi ki, “bizi sahib olduğumuzla mühakimə etməyin,sahib olduğumuza necə davranmağımızla,gündəmimizlə mühakimə edin ”. Prezident müsahibəsində bildirib ki, Avropadakı Qoşulmama hərəkatındakı iştirakımızla bağlı biz həm də OPEK+üzv ölkəsiyik. Biz COP-dan əvvəl daha çox maliyyələşməni təmin etmək üçün Azərbaycan və neft hasil edən digər ölkələrin hansı əlavə töhfələri ola bilər kimi həmrəylik paketini yaratmaq üçün bir çox neft hasil edən ölkələrlə işləyirik.Hesab edirəm ki neft hasil edən ölkələr, xüsusilə neftin qiyməti yüksək olanda problemin öhdəsindən gəlmək üçün daha çox ödəniş etməli və daha çox töhfə verməlidirlər. Hesab edirəm ki, həmrəylik maliyyələşmənin və necə uğur qazanacağımızın ayrılmaz hissəsidir.Beləliklə, bu
diplomatiyadır,siyasətdir,maliyyədir və əlbəttə ki, ev sahibi ölkəsi kimi biz bunun üçün bir platforma yarada bilərik.
Müsahibədə vurğulanıb ki, “əgər yaşıl dünyaya doğru əlavə və davamlı olan konkret addımlar ata bilsək, bu, ən vacib miras olacaq. Eyni zamanda, bildiyiniz kimi COP üçün yenilik olan bir təşəbbüs bizim tərəfimizdən irəli sürülmüşdür. Üçlük, üç ölkə mexanizminin yaradılması. Burada məqsəd bu üçtərəfli əməkdaşlıq formatını yaratmaq üçün BƏƏ-nin, Azərbaycanın və sonra Braziliyanın təcrübəsindən istifadə etməkdir. Çünki hər üç ölkə müxtəlif regional, iqtisadi, siyasi və sair məsələlərdə iştirak edir”. Bu o deməkdir ki, Azərbaycan yalnız tədbirləri keçirməklə kifayətlənmir, həmin tədbirlər çərçivəsində yeni platformaların formalaşmasına da öz töhfəsni verir.
Ələddin Alıyev, YAP Bərdə rayon təşkilatı fəalı, Kələntərli kənd tam orta məktəbin direktoru.

