Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Yad yuvanın quşları…

By Vüsal Rafiqoğlu
25.06.2024 3 Min Read

Künc zərbəsi

Əli Kərimli niyə ermənilərə sərf edən sülh müqaviləsinin imzalanmasında maraqlıdır?

Regionumuz da daxil dünyanın siyasi arenasında baş verən kataklizmlər hadisələrə yeni və fərqli yanaşmalar tələb edir. Cənubi Qafqazın da beynəlxalq güc mərkəzlərinin maraqlarının toqquşduğu bölgə olduğunu nəzərə alsaq müstəqilliyimizin qorunub saxlanması, dövlətimizin güclənməsi, iqtisadi və hərbi qüdrətini artırması naminə atılan addımları qeyd-şərtsiz dəstəkləmək hər birimizin ilk növbədə vətəndaşlıq borcumuzdur. Yəni, söhbət konkret olaraq ümummilli və dövlətçilik maraqlarımızın qorunmasından gedir. Bu, artıq elə bir mövzudur ki, daxili birliyi təmin etmək üçün şəxsi ambisiyaları, cılız, bəzən də riyakar məqsədləri mütləq kənara atmaq vacibdir, zəruridir. Necə ki, 44 günlük Vətən müharibəsində və 23 saatlıq lokal antiterror tədbirləri zamanı bütün dünyaya nümunə olan xalq-dövlət birliyi ilə tarixi Qələbə qazanaraq öz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etmişik. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, qətiyyəti, siyasi iradəsi sayəsində sərhədlərimiz daxilində separatizmə son qoyulub, biz Cənubi Qafqazda yeni reallıqlar yaradaraq diktə edən gücə çevrilmişik. Bütün baş verənlər fonunda yaranmış yeni reallıqlardan biri də odur ki, Ermənistanla Azərbaycan arasında dayanıqlı sülhün əldə olunması, sülh müqaviləsinin imzalanması Azərbaycandan daha çox Ermənistana və ermənipərəst Qərbə lazımdır. Son günlər müxtəlif Qərb dairələrinin, xüsusilə ABŞ rəsmilərinin sülh müqaviləsinin imzalanmasının tezləşdirilməsi ilə bağlı israr xarakterli bəyanatları da yuxarıdakı fikri təsdiq edir. Əlbəttə, sülh olmalıdır, vacibdir, Özü də region üçün ilk sülh çağırışlarının da müəllifi məhz Azərbaycan dövlətidir. Bu barədə bir qədər sonra…

Azərbaycanın radikal müxalifəti Vətən müharibəsində və Zəfərimizdən keçən üç il yarımdan artıq müddətdə olduğu kimi, yenə də xalqın, dövlətin deyil, düşmənlərimizin mövqelərini müdafiə etmək yolunu seçib. Ermənilərə, onların havadarlarına nə və necə sərf edirsə “sapı özümüzdən olan” həmin bu “baltalar” da  eyni mövqeyi “demokratik dəyər” adı ilə təbliğ etməyə çalışırlar. Son günlər AXCP sədri Əli Kərimlinin, müavini Fuad Qəhrəmanlının Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması məsələsinə münasibətləri də əvvəlki kimi milli maraqlarımızdan uzaq, ABŞ-ın timsalında Qərbin tezisləri çərçivəsindədir. Onlar aldıqları sifarişə uyğun ABŞ Dövlət katibi Antoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığındakı bəzi məqamların mahiyyətini dəyişərək elə göstərməyə çalışırlar ki, guya bu vaxta qədər sülh müqaviləsinin imzalanmamasının günahkarı bizik, biz sülh istəmirik. Halbuki, Azərbaycan hər zaman

sülhün və mehriban qonşuluğun, regionda dinc inkişaf erasının başlamasının tərəfdarı qismində çıxış edir. Ancaq bu, o demək deyil ki, sülh bağlamaq naminə tələm-tələsik, Rusiya ilə münaqişələrində bizdən istifadə etməyə çalışan ABŞ-ın, Fransanın və digər Qərb dairələrinin maraqları üzərində qurulmuş, ermənilərin daha qazanclı çıxacağı sənədi imzalamalıyıq. Biz bu “sülh” israrlarının milli maraqlarımıza nə qədər zidd, hətta təhdid olduğunu bilirik. Azərbaycan dövləti bu sülh israrlarının arxasında dayanan məkrli planlardan xəbərdar olduğu üçün Ermənistandan haqlı olaraq konstitutsiyasını dəyişməyi tələb edir. Yəqin ABŞ-ı, Qərbi, həmçinin Əli Kərimlini və dəstəsini narahat edən də məhz budur.

Özü də bu, ilk deyil. 2023-cü ildə də başda AXCP sədri olmaqla bu antimilli ünsürlər “bütün dəftərləri qapadaraq” tezliklə Ermənistanla sülh müqaviləsini imzalamağın zəruri olması ilə bağlı kampaniya aparırdılar. Dövlətimizin bədxahların qarşısında qətiyyətlə dayandığı həmin məqamda da bu xainlər sələfləri kimi açıq şəkildə Azərbaycana xəyanət yolunu tutmuşdular. Axı satqın olmayan heç bir azərbaycanlı Xocalı soyqırımını, azərbaycanlıların Qərbi Azərbaycandan, Qarabağdan, Şərqi Zəngəzurdan başlarına min bir müsibətlər açılaraq zorla qovulmasını, şəhərlərimizin, kəndlərimizin, məscidlərimizin, qəbiristanlıqlarımızın dağıdılmasını, təhqir olunmasını, çoxsaylı qətliamları, qanlı terror aktlarını və ən başlıcası Azərbaycanın haqq işi uğrunda canından-qanından keçmiş minlərlə şəhidlərimizi unudub, ermənilərlə münasibətdə “bütün köhnə dəftərləri qapatmalıyıq” deməz. Əli kərimlilərin məntiqinə görə, biz Qərbi Azərbaycandan zorla deportasiya edilmiş yüzminlərlə soydaşımızın haqlarını müdafiə edib, onların ləyaqətli şəkildə öz ata-baba yurdlarına qayıtmaları barədə danışmamalıyıq. Bu xainlər istəyirlər ki, biz bütün dəftərləri qapadıb Qərbin təklif etdiyi sülh müqaviləsini imzalamaqla ermənilərdən heç bir cinayətlərinin hesabını sormayaq, haqqımız olan təzminatı tələb etməyək. Və nəhayət, konstitutsiyasında, yəni əsas qanununda Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddəalar olan Ermənistanla bu şərtlər altında sülh müqaviləsinin imzalanması gələcək təhlükəsizliyimiz baxımından nə dərəcədə məntiqlidir?

Bizə sadəcə sülh deyil, ədalətli sülh lazımdır. Haqlı olan tələbimiz yerinə yetirilməlidir ki, müqavilə də imzalansın. Əgər Əli Kərimli çox istəyirsə özü ermənilərlə, onların havadarları ilə gizli sövdələşmələrini müqavilə şəklində rəsmiləşdirə bilər. Onsuz da onların hansı yuvanın quşları olduqlarını hamı yaxşı bilir…

Mahir Rəsuloğlu, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Milli maraqlara xidmət edən geosiyasi manevr

Next

Çin olan arzular…

Xəbər lenti

  • Uşaqların rəqəmsal təhlükəsizliyini necə təmin etməli?.. 10.07.2026
  • Tovuz döyüşləri: Zəfərə açılan cığır 10.07.2026
  • Prezidentin Şuşa mədəni irsinə daha bir qayğısı 10.07.2026
  • İsti havada günvurma, yoxsa insult? – Həkim iki halı fərqləndirməyin yolunu açıqladı 10.07.2026
  • “Qarabağ” qalib gəldi, Azərbaycanın mövqeyi… – UEFA reytinqi 10.07.2026
  • Bakıda velosiped və skuter sürənlərin NƏZƏRİNƏ 10.07.2026
  • İsti hava qadınlara niyə daha çox təsir edir? – ARAŞDIRMA 10.07.2026
  • Cərimələrlə bağlı ŞOK rəqəmlər: Bu model iqtisadiyyatı hara aparır 10.07.2026
  • Zakir Həsənov Selçuk Bayraktarı qəbul etdiFOTO 10.07.2026
  • IV Şuşa Qlobal Media Forumu keçiriləcək 10.07.2026
  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv