Bu ölkədə Ebolaya yoluxanların sayı 2,8 min nəfəri keçdi
Konqo Demokratik Respublikasında (DR) ötən ilin iyulundan bu günədək Ebola virusuna yoluxanların sayı 2,8 min nəfəri keçib.
ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu statistikanı Ümumdünya Səhiyyə Təşkilatı açıqlayıb.
Qeyd olunur ki, yoluxanlardan təxminən 1,9 min nəfəri vəfat edib.
Son həftələrdə Konqo DR-da orta hesabla gündə 86 nəfər Ebolaya yoluxur.
Bu günədək 826 nəfər virusdan sağalıb. Ümumilikdə 121 minə yaxın sakin peyvənd olunub.

