Siqaret yenə bahalaşdı
ürkiyədə bir neçə siqaret markası yenə də qiymətləri artırıb. Yeni qiymətlərə görə, ən ucuz siqaret 68, ən bahalı siqaret isə 78 (3 manat 47 qəpik- 4 manat) lirədir.
ARANTV.AZ xəbər verir ki, “Tekel Bayileri Yardımlaşma Derneği” başçısı Erol Dündar başqa qrup siqaret qiymətlərinin də artdığını açıqlayıb.
“Bəzi siqaretlərdə yenicə qiymət artımı olmuşdu. Bu günlərdə də bir qrup siqaret markası öz məhsullarının qiymətini 3-4 lirə (20-30 qəpik) artırdı”,- deyə o əlavə edib.

