8 avqust – Beynəlxalq Pişiklər Günüdür.
Bu gün bütün dünyada sahibsiz pişiklərin vəziyyətinə və himayəyə götürülməsinə diqqət çəkmək üçün müxtəlif tədbirlər, postlar və maarifləndirmə kampaniyaları təşkil edilir. Beynəlxalq Pişik Günü, heyvansevərlərin bir araya gələrək heyvanlar haqqında daha çox məlumat əldə etmək fürsəti olaraq diqqət çəkir.
Alimlər iddia edir ki, 9 min ildən çoxdur insanlarla birlikdə yaşayan pişiklər bəşər övladının evcilləşdirdiyi ilk heyvandır. Bundan başqa, pişiklər insanların ən çox qəbul etdiyi və sahibləndiyi heyvan növüdür.
Pişiklər əslində sosial heyvanlardır. Çoxları tənha və müstəqil hesab edilsə də, insanlarla möhkəm bağlar qura bilirlər.
Burun izləri insan barmaq izləri kimi unikaldır və hər pişik fərqlidir.
Kürk rəngləri və naxışları genetik faktorların birləşməsinin nəticəsidir. Buna görə də hər biri unikaldır.
Eşitmə qabiliyyəti insanlardan daha inkişaf etmişdi. Onlar ultrasəs səslərini eşidə bilirlər.
Xüsusi yeriş tərzi var ki, bu da onlara yavaş və sakit yeriməyə imkan verir.
Gözlərini qırpmaqla ünsiyyət qura bilirlər. Göz qırpmaq sizin rahat və mehriban olduğunuza işarədir.
Bəzi pişiklər suda üzməyi və su ilə oynamağı xoşlayırlar. Ancaq bir çox pişik sudan qaçır və islanmağı sevmir.
Pişiklərin insanlar kimi rəngləri ayırd edə bilməyəcəyi düşünülür. Bununla belə, onlar hərəkətləri və formaları ilə rəng fərqlərini tanıya bilirlər.

