Region Xəbərləri 

Taxıl biçini başa çatmaq üzrədir

ARANTV.AZ  xəbər verir ki, Taxıl biçini başa çatmaq üzrədir. Artıq zəmilərin 99,8 faizi biçilib. Hazırda yalnız bəzi dağlıq rayonlarda biçilməmiş sahələr qalıb. Məhsuldarlıq ötən ilə nisbətən daha yüksəkdir.

2018-ci il təsərrüfat ilində ölkə üzrə 1 milyon 50 min hektar sahədə taxıl əkilib. Əkin sahələrindən də artıq  99,8 faizi biçilib. Bu günə 676 min hektardan çox buğda sahəsində, eləcədə, 336 min hektardan artıq arpa sahəsində biçin başa çatdırılıb. Məhsuldarlıq isə kifayyət  qədər bol olub.  Ötən ilə nisbətən 226 min 365 ton çox buğda, 124 min 570 ton çox arpa yığılıb. Ümumilikdə zəmilərdən 3 milyon tondan çox taxıl daşınıb.

Biçin dövründə sahələrə 2200-ə yaxın kombayn çıxarılıb. Bunlardan 632-ı “Aqrolizinq” ASC tərəfindən servis kimi fəaliyyət göstərir. 750 kombayn lizinqə verilib, digər 740 kombayn  isə xüsusi mülkiyyətdədir və fərdi şəxslər tərəfindən istifadə olunur. Taxıl biçini mövsümünü daha mütəşəkkil keçirmək məqsədilə qərargah yaradılıb. Qərargah biçinin vəziyyəti barədə monitorinq aparıb, kombaynların dəqiq dislokasiyasını təmin etməklə fermerlərin sifarişlərini yerinə yetirib.

 

Daha çox xəbərlər