Hadisə 

2 qadın həkimin ailəsinə hədə-qorxu gələrək külli miqdarda pul aldılar — TƏFƏRRÜAT

Bakı Ağır Cinayətlər Məhkəməsində xəstəxanalardan birinin  baş həkimi muavini A. Səidov və onun qızı A.Salmanovadan  hədə-qorxu ilə külli miqdarda pul tələb edən 2 qadının məhkəməsi başlayır.

ARANTV.AZ-ın ölkə.az-a istinadən məlumatına görə, cinayət məcəlləsinin 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin külli miqdarda əmlakını əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə təqsirləndirilən Cavadova Venera Nailyevna və Şahverdiyeva Könül İsrəfil qızının məhkəmə prosesinin hazırlıq iclası avqust ayının 24-də hakim Eldar İsmayılovun sədrliyi ilə keçiriləcək.

İttiham aktına görə, Venera Cavadova A.Salmanovanın evində uşağının dayəsi işləyib. Veneranın rəfiqəsi Könüllə başqa şəxslərə külli miqdarda borcları olub. Borclarını isə uşağının dayəsi olduğu Aynurdan hədə-qorxu ilə hissə-hissə almağa başlayıb və digər şəxslərə verib. Bi müddətdən sonra isə qızın atası bu məsələdən xəbərdar olmağa başlayıb və polisə üz tutub.

Bakıda yerləşən xəstəxananın baş həkimin muavini, əməkdar həkim Səidov faktı “Ölkə.Az”a təsdiqləyərək bildirdi ki, qızına qarşı həqiqətən belə bir hadisə olub və ictimailəşməsini istəmir.

Daha çox xəbərlər