Yanvar-avqust aylarında DOST mərkəzlərində 506 min vətəndaşa xidmət göstərilib
Bu ilin yanvar-avqust aylarında DOST mərkəzlərində 506 min vətəndaşa xidmət göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, 2019-cu ilin may ayından ölkəmizdə artıq 7 DOST mərkəzi açılıb. Həmin mərkəzlərdə 160 sosial xidmət “bir pəncərə”dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.
DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,3 faiz təşkil edir.