Dünya 

Marketə gedən 13 yaşlı qızı kişi zorla öpdü, daha sonra… – ANBAAN VİDEO

Market sahibinin 13 yaşlı qıza qarşı iyrənc hərəkəti ilə gündəm olub.

ARANTV.AZ  Big.Az-a istinadən xəbər verir ki, hadisə Antalyada baş verib. Anası tərəfindən 1 yaşlı qardaşı ilə bərabər marketə göndərilən 13 yaşlı qızın başına iş gəlib. Belə ki, o anasının tapşırdıqlarını almadan evə qayıdıb və bir daha həmin marketə getmək istəmədiyini bildirib.

Anası səbəbini soruşanda isə, qız marketdə başına gələnləri danışıb. O, market sahibinin onu zorla öpdüyünü, bundan əvvəl isə bir neçə dəfə əxlaqsız hərəkətlər etdiyini deyib. Hiddətlənən C.K adlı ana marketə gedib. H.C adlı market sahibi azyaşlının onu yalnış anladığını deyərək üzr istəyib.

Lakin qızın anası polisə şikayət edib. Araşdırmalar nəticəsində market sahibinin qızı zorla öpmək istəməsinin anbaan kameralara düşdüyü bəlli olub. Həmin şəxs həbs edilib.

Daha çox xəbərlər