Cəbhədən Xəbər 

“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi başa çatıb VİDEO

Azərbaycan, Qazaxıstan, Türkiyə, Pakistan, Qətər və Özbəkistan xüsusi təyinatlılarının iştirakı ilə Qazaxıstanda keçirilən “Sonsuz qardaşlıq – III” çoxmillətli təlimi başa çatıb.

ARANTV.AZ  xəbər verir ki,  dörd yüz nəfərdən çox heyətin iştirak etdiyi təlimin Qazaxıstanın Türküstan vilayətində yerləşən Orda poliqonunda bağlanış mərasimi keçirilib.

Tədbirdə təlim iştirakçılarının peşəkarlığı yüksək qiymətləndirilib.

Qeyd olunub ki, plana əsasən, sərhədi pozan şərti qanunsuz silahlı birləşmənin qarşısının alınması və zərərsizləşdirilməsi, hakim yüksəkliklərin ələ keçirilməsi, pilotsuz uçuş aparatlarının radioelektron mübarizə vasitələrindən istifadə etməklə sıradan çıxarılması, eləcə də dron hücumundan qorunma məqsədilə hava kəşfiyyatının aparılması və digər tapşırıqlar xüsusi təyinatlılar tərəfindən məharətlə yerinə yetirilib.

Sonda təlimdə fərqlənən hərbi qulluqçulara mükafatlar təqdim edilib.

Daha çox xəbərlər