“Anım gününün hər il qeyd olunmasının böyüməkdə olan nəslin dünyagörüşünün formalaşmasında müstəsna əhəmiyyəti var” – Politoloq
Bu gün Vətən müharibəsinin başlamasından dörd il ötür. Bu münasibətlə Azərbaycanda Anım Günü qeyd olunur.
Mövzu ilə bağlı BiG.AZ-a danışan politoloq Elşən Manafov bildirib ki, Anım gününün hər il qeyd olunmasının böyüməkdə olan nəslin dünyagörüşünün formalaşmasında,onların dövlətçilk,azərbaycançılığın məfkurə dəyərlərinə sədaqətlə bağlanmalarında müstəsna əhəmiyyəti var:
“Anım Günü respublikamızda ikinci Qarabağ müharibəsində vətənin müstəqilliyi və suverenliyi uğrunda mübarizədə həlak olmuş qəhrəman əsgər və zabitlərimizin xatirəsinin yad olunduğu gündür.Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müharibə başa çatdıqdan sonra,yəni 2020-ci ilin 2 dekabrında xüsusi sərəncam vermişdir.
Dövlətimiz və xalqımız 44 günlük Vətən muharibəsində həlak olmuş qəhrəmanlarının xatirəsini həmişə uca tutur,şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün tədbirlər görülür. Onların yaxınları dövlətin himayəsi altındadırlar.Azərbaycan dövləti müharibə iştirakçılarının,qazilərin də sosial təminat və müdafiəsi ilə bağlı problemlərini bir qayda olaraq diqqət mərkəzində saxlayır,əlillərin realibitasiyası və cəmiyyətə reinteqrasiyası üçün lazım olan tədbirləri həyata keçirir.
Anım gününün hər il qeyd olunmasının isə böyüməkdə olan nəslin dünyagörüşünün formalaşmasında,onların dövlətçilk,azərbaycançılığın məfkurə dəyərlərinə sədaqətlə bağlanmalarında müstəsna əhəmiyyəti var.Bu gün vətənçilik ideyaları vasitəsilə cəmiyyətdə konsolidasiya və vətəndaş həmrəyliyinə,milli birlik və vəhdətə xidmət edir”.