Cəmiyyət 

“Turşu hazırlayarkən nəzərə alınmalı olan ən mühüm amil gigiyenadır” – Qida eksperti

Artıq turşu mövsümü gəlib. Bir çoxlarının sevimlisi olan turşulardan zəhərlənmədən özümüzü necə qoruya bilərik?

Qida eksperti Fərid Səfərov BiG.AZ-a bildirib ki, turşu hazırlayarkən nəzərə alınmalı olan ən mühüm amil gigiyenadır. Turşuya əlavə olunacaq tərəvəz və meyvələrin çox yaxşı yuyulması lazımdır. Əks halda sağlam və ləzzətli qidalar istehlak etməyə çalışarkən qida zəhərlənməsinə məruz qalmaq qaçınılmaz ola bilər:

“Süfrələrin sevilən ləzzətlərindən biri olan turşu düzgün hazırlandıqda sağlam və iştah açan olur.

Turşu istehlak etməmişdən əvvəl bir neçə məqama diqqət edin.

Turşuda ağ ləkələr varsa onu istehlak etməyin!
Turşu suyunun üzərindəki ağ ləkələr kif təbəqələridir. Bu ağ ləkələr faydalı bakteriyaların nisbətinin pisləşdiyini bildirir.

İmmuniteti zəif olan xəstələr üçün risklidir. Toksinlərin səbəb olduğu kəskin qida zəhərlənməsi də baş verə bilər. Turşu maya ehtiva etdiyi üçün xüsusilə immun sistemi zəif olan xəstələrdə risk yarada bilər.

Digər bir məqam da, əgər hazır şəkildə turşu alırsınızsa hansı şəraitdə satıldığına, qablaşmasına, rənginə, istehsal edildiyi tarixə və son istifadə müddətinə diqqət edin.

Sağlam qidalanaraq sağlam yaşayın!”

Daha çox xəbərlər