SON DƏQİQƏ! Türkiyə sahillərində gəmi batdı
Türkiyənin Dardanel boğazında gəmi batıb.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, batan “Kanuni D.S” adlı gəminin yük daşıdığı bildirilir. 41 metrlik gəmi Türkiyə bayrağı altında üzürmüş.
Gəmidə olan 8 nəfər ekipaj üzvü xilas edilib.
Yük gəmisinin hansı səbəbdən batması barədə məlumat verilmir.

