Bakıda restoranın 17 yaşlı ofisiantı yoxa çıxdı – MÜRACİƏT
Bakıda 17 yaşlı oğlan itkin düşüb.
ARANTV.AZ xəbər verir ki, Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinə müraciət edən Ağstafa rayon sakini Saday Qocayev oğlu, 2002-ci il təvəllüdlü Hikmətin itkin düşdüyünü bildirib.
O qeyd edib ki, oğlu Çobanzadə küçəsində yerləşən restoranda ofisiant kimi işləyir və avqustun 26-da günorta saatlarında işlədiyi yeri tərk edəndən sonra itkin düşüb.
Oğlunu axtaran ata onun xarakterik əlamətlərini və fotosunu polisə təqdim edib.
Faktla bağlı araşdırma aparılır. (publika.az)

