Cəmiyyət 

Gürcüstana müalicəyə gedən qadından xəbər yoxdur

Gürcüstana müalicəyə gedən 65 yaşlı qadın itkin düşüb.

ARANTV.AZ-ın məlumatına görə, hadisə Gəncədə baş verib.

Şəhərin Cavadxan küçəsi, ev 136 ünvanında yaşayan 1954-cü il təvəllüdlü Məmmədova Afaq İslam qızı Gürcüstanda müalicə olunmaq adı ilə özünə aid əşyaları və sənədləri götürərək evdən çıxıb və bir daha geri qayıtmayıb.

Bu barədə hüquq-mühafizə orqanlarına onun oğlu Abbasov Orxan Suliddin oğlu məlumat verib.

Qadının əlamətləri: boyu 160 sm, dolu bədən quruluşlu, sarıbəniz, saçlarının rəngi qara, gözlərinin rəngi qəhvəyi.

Faktla bağlı araşdırma aparılır.oxu.az

Daha çox xəbərlər