Dondurmanın inanılmaz faydaları varmış, amma…
Dondurma kalsium mənbəyidir, asanlıqla həzm olunan protein ehtiva edir və eyni zamanda insanın stress səviyyəsini azalda bilən xoş bir qidadır.
Publika.az xəbər verir ki, bunu rusiyalı alim, dietoloq Olqa Yamilova bildirib. Mütəxəssis dondurmanın əsasını təşkil edən həm süddə, həm də qaymaqda bu tip maddələrin olduğunu bildirib.
O, həmçinin qeyd edib ki, tərkibində xeyli miqdarda heyvan yağları və şəkər olduğu üçün dondurmanın istehlakı məhdudlaşdırılmalıdır.
Yamilova bildirib ki, mədəaltı vəzi və qaraciyərin normal fəaliyyət göstərməsinə davam etməsi üçün dondurma yeyərkən belə bədəndə artıq heyvan yağı və şəkərin əmələ gəlməsinə yol verməməliyik.
Müəllif: Tural

