Azərbaycan və Rusiya arasında təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr baş tutub
Bakıda Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla rusiyalı həmkarı Nikolay Patruşev arasında görüş keçirilib.
ARANTV.AZ Trend-ə istinadən xəbər verir ki, iki ölkə arasında təhlükəsizlik məsələləri üzrə məsləhətləşmələr baş tutub.
N.Patruşev iqtisadi və humanitar əməkdaşlığın müsbət templərini qeyd edib və Rusiya-Azərbaycan sərhədində birgə infrastruktur layihələrinin reallaşdırılmasının və hərbi-texniki əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb.

