Bakıda 24 yaşlı oğlandan DƏHŞƏTLİ ƏMƏL: əmisini ölümcül hala saldı
Bakıda bıçaqlanma hadisəsi baş verib.
ARANTV.AZ publika.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu Ordubadi küçəsində – “Vüsal” restoranınınn yaxınlığında Gəncə şəhər sakini Əli Fərhadov əmisini bıçaqlayıb.
24 yaşlı Ə.Fərhadov aralarında yaranmış münaqişə zəminində əmisi Vüqar Fərhadova bıçaqla zərbələr endirib. Kürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlər alan kişi xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

