Region Xəbərləri 

Ağstafa RİH başçısı cənab Nizaməddin Quliyev xalq şairi Hüseyn Arifin ev muzeyində oldu

Ağstafa rayon İcra hakimiyyəti  başçısı cənab Nizaməddin Quliyev  xalq şairi Hüseyn Arifin ev muzeyində oldu. Muzey haqda icra başçısına məlumat verildi. Son illər Ağstafa rayon icra hakimiyyətinin və Mədəniyyət Evinin rəhbərliyinin təşəbbüsü ilə əsaslı təmir olunan muzeydə 2000-dən çox ekspanat var. Şairin sağlığında ona rayonda yaşadığı vaxtlarda işlədiyi otağı – yatdığı taxt, şeirlərini yazdığı masa, eynəyi, qələmləri, qələmdanları, hətta, çay istəkanı və çay qaşığı belə – olduğu kimi qorunub saxlanılır.  Muzey 1993- cü ildən fəaliyyət göstərir. Ümumi sahəsi 250 kv.m-dir. Muzeydə xalq şairi Hüseyn Arifin irsini özündə əks etdirən eksponatlar var  Xalq şairi H.Arifin ev muzeyi 05.02.1993-cü ildə Nazirlər Kabinetinin müvafiq əmrinə əsasən yaradılmışdır. Muzey 2 otaq, 1 zal, 1 foyedən ibarətdir Muzeydə 18 nəfər işçi çalışır. Hüseyn Arifin həyat və yaradıcılığı təbliğ edilir, məktəblərdə şairlə bağlı şeir müsabiqələri keçirilir.

Daha çox xəbərlər