Cəmiyyət 

“Əgər elektron mağaza məhsulu dəyişdirməsə alıcı onu məhkəməyə verə bilər”- VƏKİLDƏN AÇIQLAMA

Son illərdə elektron (onlayın) ticarət bütün dünyada dəbə düşüb. Daha dəqiqi, insanlar öz ölkəsində təklif edilən qiymətdən xeyli ucuz olduğu üçün müxtəlif malları qlobal onlayn satış şəbəkələrindən əldə edirlər. Bu zaman aldadılanlar da olur…

Sosial şəbəkələrdə edilən paylaşımlarda bir çox insanlar aldıqları malların keyfiyyətsizliyindən, yaxud ölçülərinin fərqliliyindən gileylənirlər.

Mövzu ilə bağlı BiG.AZ-a danışaq vəkil Emil Aslanov bildirib ki, elektron (onlayın) alış-veriş etmək, hüquq da aldı-satqı müqaviləsinə daxildir:

"Əgər elektron mağaza məhsulu dəyişdirməsə alıcı onu məhkəməyə verə bilər"- VƏKİLDƏN AÇIQLAMA“Şərtləşdirilmiş məhsulu təhvil verməyi və almağı, məbləğin ödəniş edilməsi məsələsini reallaşdırmaq hər iki tərəfin borcudur. Əgər hansısa bir əşya danışılmış qayda da müştəriyə təslim edilməyibsə, bu elektron qaydada sifariş verdiyi yerə məlumat verməlidir. Burada alıcı dəyişdirmək hüququna malikdir. Əgər elektron mağaza məhsulu dəyişdirməsə, bu halda alıcının məhkəməyə müraciət etmək hüququ var.
Bundan başqa elektron (onlayın) mağazadan seçilmiş məhsul daşıma şirkəti tərəfindən yarasız hala düşübsə, keyfiyyətinə zərər yetirilibsə bu halda hadisə daşıma xidmətinin günahı sayılır. Vətəndaşa yəni alıcıya dəymiş ziyanı daşıma şirkəti ödəməyə borcludur”.

"Əgər elektron mağaza məhsulu dəyişdirməsə alıcı onu məhkəməyə verə bilər"- VƏKİLDƏN AÇIQLAMABiG.AZ-a mövzu ilə bağlı hüquqşünas Ruslan Mustafayev də münasibət bildirib. O, qeyd edib ki, vətəndaşların çoxu onlayın alış-verişdən mütəmadi olaraq istifadə edir. Təəssüflər olsun ki, bəzi hallarda məshulların gəlməməsi və ya malın keyfiyyətsiz olması ilə qarşılaşırıq:

"Əgər elektron mağaza məhsulu dəyişdirməsə alıcı onu məhkəməyə verə bilər"- VƏKİLDƏN AÇIQLAMA“Belə olan təqdirdə sifariş verən şəxslərin hüquqlarının qorunması ilə bağlı qanun maddələri var. Sadəcə o maddələrin icrası çətindir. Bir çox hallarda onlayın sifariş götürən şirkətlər xarici ölkələrdə yerləşir. Bəzən vətəndaşlar bu cür şirkətlərdən alış-veriş edən zaman qaydalarla tanış olmayıb, qeydiyyatdan keçirlər.
Bir vəkil kimi məsləhət görürəm ki, qeydiyyatdan keçən zaman satış şirkətinin “qeydiyyat qaydaları” ilə mütləq tanış olsunlar. O, qaydaların tərkibində məhsulu təhvil verən şirkətlərin vəzifələri də qeyd edilir. Vəzifələr qeyd edilməyibsə, gələcəkdə satıcı və alıcı arasında narazılıqların yaranması mümkündür.
Texnikanın inkişafı ilə əlaqədar bu cür alış-verişlərin inkişafı qlobal xarakter daşıyır. Bəzi şirkətlərin Azərbaycanda nümayəndəlikləri fəaliyyət göstərir. Bu zaman hər hansı bir problem zamanı şikayət etmək asanlaşır. Bu məsələyə vətəndaşlar diqqətli yanaşmalıdırlar”.

Daha çox xəbərlər