Aşura günü qan yağışı
Aşura günü qan yağması haqqında bütün islam məzhəblərinin mötəbər hesab etdiyi bəzi tarixi mənbələrdə müxtəlif məlumatlar yer alıb. Belə ki,həmin mənbələrə əsasən bölgə əhalisi Aşura günü İmam Hüseyn (ə) şəhid edildikdən sonra göydən yerə qan yağışının şahidi olublar. Hətta bu hadisəni İbn Əsakir, Məzi, İbn Həbban və Zəhəbi kimi əhli sünnə tarixçiləri də öz əsərlərində qeyd ediblər:
عَنْ نَضْرَةَ الْأَزْدِيَّةِ قَالَتْ : لَمَّا أَنْ قُتِلَ الْحُسَيْنُ بن علي مَطَرَتِ السَّمَاءُ دَماً فَأَصْبَحْتُ وَ كُلُّ شَيْ ءٍ لَنَا مَلْآنُ دَما .
Nəzrə Əzdiyyə deyir: Hüseyn ibn Əli qətl edildikdə göydən qan yağdı, səhər açıldıqda bütün əşyalarımızın qana bulaşdığını gördük.
تهذيب الكمال ، المزي ، ج 6 ، ص 433
سير أعلام النبلاء ، الذهبي ، ج 3 ، ص 312 ، 313
الثقات ، ابن حبان ، ج 5 ، ص 487
تاريخ مدينة دمشق ، ابن عساكر ، ج 14 ، ص 227 – 228 .
Mənbələr:
“Təhzibul-kəmal”, əl-Məzi, c.6, səh. 433;
“Siyəru əlamun-nubəla”, Zəhəbi, c.3, səh. 312, 313;
“Əs-siqat”, İbn Həbban, c.5, səh.487;
“Tarixud-Dəməşq” İbn Əsakir, c.14, səh.227, 228;
Qeyd olunan mənbələrə əsasən İmam Hüseyn (ə)-ın şəhadəti ilə əlaqədar göydən qan yağması əsasən üç şəhərdə daha kəskin olub və açıq şəkildə müşahidə edilib.
جعفر بن سليمان قال حدثني خالتي أم سالم قالت لما قتل الحسين بن علي مطرنا مطرا كالدم علي البيوت والجدر قال وبلغني أنه كان بخراسان والشام والكوفة .
Cəfər ibn Süleyman deyir: Mənim xalam Ummu Sələmə dedi: Hüseyn ibn Əli şəhid edildikdə evlərin və divarların üstünə yağış qan şəklində yağdı. Həmçinin dedi: Mənə çatan xəbərlərə görə əsasən belə yağış Xorasan, Şam və Kufə şəhərlərində yağıb.
تهذيب الكمال ، المزي ، ج 6 ، ص 433 – 434
سير أعلام النبلاء ، الذهبي ، ج 3 ، ص 312 – 313
تاريخ الإسلام ، الذهبي ، ج 5 ، ص 16
تاريخ مدينة دمشق ، ابن عساكر ، ج 14 ، ص 228 – 229 .
Mənbələr:
“Təhzibul-kəmal”, əl-Məzi, c.6, səh. 433, 434;
“Siyəru əlamun-nubəla”, Zəhəbi, c.3, səh. 312, 313;
“Tarixul-islam”, Zəhəbi, c. 5, səh.16;
“Tarixud-Dəməşq” İbn Əsakir, c.14, səh.228,
229;
Zaur Məmmədov-2019 (Muhərrəm ayı)
