Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Azərbaycan tarixi və ədəbiyyatı: Rus bölməsindəki dəyişikliklər nələrə gətirib çıxaracaq?

By Vüsal Rafiqoğlu
07.02.2025 3 Min Read

Məlum olduğu kimi, ölkədə məktəblərin rus bölməsində Azərbaycan tarixindən sonra ədəbiyyatı fənni də Azərbaycan dilində tədris olunacaq.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev deyib.

“Azərbaycan məktəbində dövlət hesabına təhsil alan şəxs Azərbaycan dilini mükəmməl bilməlidir”, – deyə nazir vurğulayıb.

Xatırladaq ki, rus bölməsində Azərbaycan tarixi fənninin Azərbaycan dilində tədris edilməsi müzakirə və mübahisələr doğururdu. Bir neçə valideyn bu məsələyə etiraz etmiş və hətta nazirliyi məhkəməyə veriblər.

Bəzi təhsil ekspertləri qeyd edir ki, Azərbaycan ədəbiyyatının da ana dilində tədrisi, bəzi çətinliklərə səbəb ola bilər. Bunlardan biri, rus dilində təhsil alan şagirdlərin Azərbaycan dilini yetərincə mükəmməl bilməməsi ilə əlaqədar ola bilər. Bu şagirdlər üçün Azərbaycan ədəbiyyatını və dilini dərindən anlamaq, bəzən çətin ola bilər, çünki onlar hələ də Azərbaycan dilində sərbəst ifadə edə bilmirlər. Ədəbi əsərlərin təhlili və dərin məzmununu anlamaq, onların dil bacarıqlarının inkişaf etməsindən asılı olacaq.

kamran.jpg (28 KB)

Mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Musavat.com-a danışıb:

“Azərbaycan cəmiyyətində dövlət dili olan Azərbaycan dilinin hər bir vətəndaş tərəfindən yüksək səviyyədə mənimsənilməsi vacibdir. Lakin ölkədə yaşayan bəzi vətəndaşlar, xüsusilə də digər dillərdə təhsil alanlar arasında Azərbaycan dilini yetərincə bilməyənlərin olduğu açıq şəkildə görünür. Bu məsələ, xüsusilə rus bölməsində təhsil alan şagirdlərin gələcəkdə əmək bazarına və cəmiyyətə inteqrasiyasını çətinləşdirir. Bunun qarşısını almaq üçün Azərbaycan dili və ədəbiyyatının tədrisinə daha çox diqqət ayrılması zərurəti yaranır.

Hazırda rus bölməsində Azərbaycan dili fənninin həftəlik dərs saatı orta hesabla 2-3 saat təşkil edir. Bu saatların məhdud olması şagirdlərin dili yalnız məcburi fənn kimi öyrənməsinə səbəb olur və nəticədə onların gündəlik həyatda Azərbaycan dilində sərbəst ünsiyyət qurmaq bacarıqları zəif qalır. Üstəlik, Azərbaycan ədəbiyyatı fənni də indiyə qədər əsasən rus dilində tədris olunurdu ki, bu da şagirdlərin milli ədəbiyyatımızı orijinal dildə oxumaq və anlamaq imkanlarını məhdudlaşdırırdı. Azərbaycan dilində kifayət qədər bilik və təcrübə qazanmadıqları üçün rus bölməsində oxuyan bəzi məzunlar ali məktəblərə daxil olduqdan və ya iş tapmağa çalışdıqdan sonra ciddi çətinliklərlə qarşılaşırlar.

Beynəlxalq təcrübəyə baxdıqda, bir çox ölkələrdə dövlət dili təhsilin ayrılmaz hissəsi kimi qəbul edilir və məcburi şəkildə yüksək səviyyədə öyrədilir. Məsələn, Estoniyada rusdilli məktəblərdə eston dili tədris saatlarının artırılması və bəzi fənlərin dövlət dilində keçirilməsi illər ərzində tətbiq olunmuş bir siyasətdir. Bu yanaşma sayəsində rusdilli əhali arasında eston dilinin səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. Finlandiyada isveç dilində təhsil alanlar üçün fin dili dərsləri xüsusi proqramlarla gücləndirilir ki, bu da onların cəmiyyətə inteqrasiyasını və əmək bazarında daha rəqabətqabiliyyətli olmalarını təmin edir. Fransada isə müxtəlif etnik qrupların və miqrantların uşaqları üçün fransız dilinin tədrisinə böyük diqqət ayrılır və dövlət məktəblərində fransız dili mütləq keçilir.

Azərbaycanın rus bölməsində oxuyan şagirdlər üçün tədris edilən Azərbaycan dili dərslərinin artırılması və Azərbaycan ədəbiyyatı fənninin ana dilində keçilməsi bir neçə müsbət nəticə verə bilər. İlk növbədə, bu, onların dil biliklərini artıraraq Azərbaycan cəmiyyətinə daha rahat inteqrasiya etməsinə imkan yaradacaq. Eyni zamanda, milli ədəbiyyatımızı orijinal mənbələrdən oxumaq və anlamaq bacarığı inkişaf edəcək ki, bu da mədəni irsin qorunması baxımından vacibdir. Bütün bunlar gələcəkdə rus bölməsində təhsil alanların istər ali məktəblərdə, istərsə də iş həyatında daha uğurlu olmalarına gətirib çıxaracaq.

Digər tərəfdən, bu dəyişikliklərin tətbiqi müəyyən çətinliklər də yarada bilər. Məsələn, rus bölməsində çalışan bəzi müəllimlər Azərbaycan dili və ədəbiyyatını ana dilində tədris etməyə tam hazır olmaya bilərlər. Bununla yanaşı, şagirdlər və valideynlər arasında bu yeniliyə müqavimət göstərənlər də ola bilər, çünki onlar övladlarının daha çox rus dilində təhsil almasını istəyirlər. Lakin uzunmüddətli perspektivdə bu addımlar həm milli kimliyin möhkəmləndirilməsi, həm də ölkə vətəndaşlarının dövlət dili üzərində eyni səviyyədə biliklərə malik olması baxımından mühüm əhəmiyyət kəsb edir.

Azərbaycanın multikultural və çoxdilli cəmiyyət olması təbii ki, müxtəlif dillərdə təhsilin aparılmasına şərait yaradır. Bununla belə, dövlət dili olan Azərbaycan dilinin bütün vətəndaşlar tərəfindən eyni səviyyədə mənimsənilməsi ölkənin inkişafı və cəmiyyətin birliyi baxımından vacib şərtdir. Dövlət dilində ünsiyyət qurmaqda çətinlik çəkən vətəndaşların sayının artması gələcəkdə sosial problemlərə səbəb ola bilər. Bu baxımdan, rus bölməsində Azərbaycan dili və ədəbiyyatının daha dərindən tədrisi bu istiqamətdə mühüm addım ola bilər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Prezidentin nazir təyin etdiyi Anar Əliyev KİMDİR… – DOSYE

Next

Prezident Anar Əliyevi nazir təyin etdi

Xəbər lenti

  • AFAD-dan Türkiyənin 35 əyalətinə xəbərdarlıq 25.07.2026
  • Alimentlə bağlı çoxlarının bilmədiyi QAYDA 25.07.2026
  • Milli Yaylaq Festivalında taxta konstruksiya aşıb, yaralılar var 25.07.2026
  • Məhərrəmlik nə vaxt bitir? 25.07.2026
  • Bilgəhdə FACİƏ 25.07.2026
  • Azərbaycanda təhlükəli istilər: Günvurma və istivurmanın ölümcül əlamətləri AÇIQLANDI 25.07.2026
  • Şəmkirdə 12 yaşlı qızı öldürən öz bacısı imiş 25.07.2026
  • DİN əməliyyat keçirdi: 43 nəfər saxlanıldı 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş niyə pensiyaya çıxa bilmir? – VİDEO 25.07.2026
  • Sahədə soğan yığarkən öldü 25.07.2026
  • “90 saniyəlik dialoq hər şeyi ortaya çıxardı”VİDEO 25.07.2026
  • Keçid balları ilə bağlı MÜHÜM AÇIQLAMA 25.07.2026
  • Etiketsiz pendir və qaymaq satışı yasaqlanır – qiymətləri bahalaşacaq 25.07.2026
  • Dəhşətli istilərdə 12 səhvi QƏTİYYƏN etməyin – ŞOK XƏBƏRDARLIQ 25.07.2026
  • Milix Yevdayev “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib 25.07.2026
  • Cəbrayılın Soltanlı kəndinə ilin sonunadək ilk sakinlərin köçü planlaşdırılır 25.07.2026
  • Sabah temperatur 41 dərəcəyədək QALXACAQ – Hava proqnozu 25.07.2026
  • 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir – VİDEO 25.07.2026
  • Nazirlik çimərliklərə gedənlərə müraciət etdi: təhlükə var! 25.07.2026
  • BDYPİ-dən isti hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ 25.07.2026
  • Soltanlı kəndinə bu ilin sonunadək ilk köç planlaşdırılır 25.07.2026
  • 2 nazirlikdən əhaliyə həftəsonu ilə bağlı xəbərdarlıq – 41 dərəcə isti və külək… 25.07.2026
  • Arvadı tərəfindən döyülən 47 azərbaycanlı – Psixoloq deyir ki… 25.07.2026
  • Autizmli uşaqlara qarşı artan TƏRBİYƏSİZLİK – TƏPKİ 25.07.2026
  • 41 dərəcə isti gözlənilir – ƏHALİNİN DİQQƏTİNƏ 25.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv