Cəmiyyət 

Süd və Süd Məhsullarından sonra Kərə Yağının da Qiyməti Dəyişdi

Marketlərdə kərə yağının bahalaşması ötən ayla müqayisədə təxminən 10% civarındadır. Artım daha çox Yeni Zelandiya və Belarusiyadan idxal edilən kərə yağlarında müşahidə edilib. Mütəxəssislər bunu dünya bazarında kərə yağının qiymətinin qalxması ilə əlaqələndirirlər. Azərbaycanda kərə yağı əsasən idxal olunduğu üçün qiymətlər də dünya bazarındakı vəziyyətdən asılı olur.

Süd və Süd Məhsullarından sonra Kərə Yağının da Qiyməti DəyişdiMövzu ilə bağlı BiG.AZ-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycan idxaldan asılı bir ölkə olduğundan qiymət artımına təəccüblənmək mümkün deyil. Əgər biz idxaldan asılıyıqsa, kərə yağının qiymətinin artmasını normal hal kimi qiymətləndirməliyik:

Süd və Süd Məhsullarından sonra Kərə Yağının da Qiyməti Dəyişdi“Kərə yağının istehsalında cəmi 10% Azərbaycanın payı var. 90% idxaldan asılıyıq. Yerli istehsal adı altında bazarlarda məhsul çoxdur. Lakin onlar yerli istehsal deyil, Azərbaycanda qablaşdırılaraq bazara çıxarılır. Kərə yağıları böyük həcmdə alınır, çünki yağın qablaşdırılmadan alınması ucuz başa gəlir. Qablaşdırılmada isə istənilən ölçüdə əldə etmək mümkün olur. İdxaldan asılı olduğumuz zaman qiymətlərdə artım müşahidə oluna bilir. Çünki həm logistika, həm də xaricdə məhsulun qiyməti bahalaşır və qiymət dəyişikliyi baş verir. Azərbaycan yağ idxal etdikcə qiymətlərin artımı da müşahidə olunacaqdır”.

Daha çox xəbərlər