Dünya 

Bəxtsiz sevgilinin çətin və təhlükəli anları – VİDEO

Çində çoxmərtəbəli binadan aşağı enməyə çalışan yarıçılpaq şəxsin təhlükəli anları kameralara düşüb.

ARANTV.AZ  avtosfer.az-a istinadən xəbər verir ki, kadrlarda yarıçılpaq kişinin mənzilin pəncərəsindən keçib özünü fasadın iki açıq divarının arasına sıxışdıraraq aşağıya doğru irəlilədiyi görülür. O, qolları və ayaqlarının köməkliyi ilə aşağıya sürüşə-sürüşə düşməyə cəhd göstərsə də bir müddət sonra müvazinətini itirərək yerə dəyib.

Yerli medianın iddiasına görə, bu qaçaraq canını qurtarmaq istəyən sevgili olub.

Onun sağ qalıb-qalmadığı barədə məlumat verilmir.

Daha çox xəbərlər