Ramazan 

Ramazan və xeyriyyəçilik: Ehtiyacı olanlara necə kömək etmək olar?

Ramazan ayı Allahın lütf və ehsanları ilə dolu bir aydır. Bu ayın ən əhəmiyyətli təlimatlarından biri də oruc tutmaqla yanaşı, xeyriyyəçilik əməllərinin sayını artırmaqdan ibarətdir. Bəs Ramazan ayında ehtiyacı olanlara necə kömək etmək olar? Xeyriyyəçilik əməllərini hansı formada davam etdirmək lazımdır?

Mövzu ilə bağlı Oxu.Az-a danışan ilahiyyatçı Ağa Hacıbəylinin sözlərinə görə, Ramazan ayı, sadəcə, bir ay deyil, həm də məktəbdir:

“Bu məktəbin özünəməxsus təlimi və təlimatları var. Bu təlimlər insanlara istiqamət verir, doğru-dürüst olmağı öyrədir. Ona görə də Ramazan adı Quranda çəkilən yeganə aydır. Bu baxımdan, bu ayda yalnız gün ərzində oruc tutmaq kimi mühüm ibadətlə kifayətlənməməli, eyni zamanda, bu ayın bizə verdiyi sosial mesajlara da diqqət yetirməliyik. Sosial rifahın yaxşılaşdırılması üçün, xüsusən də savab əldə etmək niyyəti ilə zəngin müsəlmanlar fəqirlərin durumunu daha rahat hiss edə bilirlər. Çünki insan oruc əsnasında aclığın və susuzluğun nə qədər çətin və gərgin olduğunu əməli olaraq daha dərindən hiss edir”.

“Bu baxımdan, Ramazan ayı boyunca inanclı insanlar xeyriyyəçilik prinsiplərini daha da genişləndirirlər. Biz buna daha çox fəqir ailələrə yardım edilməsində, onların borclarının bağlanmasında, çətin vəziyyətdə olan insanlara əl tutulmasında daha aydın şahid oluruq. Maddi yardıma ehtiyacı olan insanlara əl tutulması dirçəliş üçün yeni bir başlanğıcdır, “sizi unutmadıq” mesajı ilə onlara verilən dəyərdir. Zəngin adamlar da bu işin fərqinə varırlar ki, Allahın onlara verdiyi sərvət imtahandır və bölüşmək lazımdır. “Ali İmran” surəsindəki “Sevdiyiniz şeylərdən Allah yolunda sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir!” ayəsi də göstərir ki, ehtiyacı olan insanlara Allah rizası üçün yardım etməliyik. Bu, həm də böyük bir həmrəylikdir, sosial həyatın təyinatı baxımından əhəmiyyətlidir. Hər halda, sədəqədən tutmuş digər xeyir əməllərə qədər xeyriyyəçiliyin çox böyük tərəfləri var”, -deyə ilahiyyatçı fikrini yekunlaşdırıb.

Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müəllimi, Hacı Cavad məscidinin imamı İbrahim Quliyev də Oxu.Az-a açıqlamasında deyib ki, Ramazanda müsəlmanlar arasında sədəqə böyük əhəmiyyət kəsb edir, çünki bu, insanı uca Allaha yaxınlaşdıran ən mühüm savab əməllərdəndir:

Daha çox xəbərlər