Cəmiyyət 

Mövsümün bu dövrü niyə “Boz ay” adlanır?

Xalq təqviminə görə, dekabrın 22-də başlayan qış fəslinin “oğlan çağı” – 20 günlük Kiçik çillə fevralın 21-də başa çatır.
Bu gündən – 21 fevraldan Novruz bayramına qədər qalan 30 günlük müddət “Boz ay”dır.
Xalq arasında Boz ay haqqında bir deyim var: “Boz ay bozara-bozara keçər”. Bu, daha çox Boz ayda havaların bozarmasına və dəyişkənliyinə işarədir. Bu ayın xalq arasında həm də “ağlar-gülər” adlanması havaların dəyişkən olması ilə əlaqədardır.
Xalq təqviminə görə, qış üç hissədən ibarətdir: dekabrın 22-dən yanvarın 31-dək Böyük çillə, yanvarın 31-dən fevralın 21-ə qədər Kiçik çillə, fevralın 21-dən martın 20-nə qədər isə Boz ay davam edir.

Bəs bu dövr niyə “Boz ay” adlanır?

Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən filologiya üzrə fəlsəfə doktoru, dosent Atəş Əhmədli bildirib ki, Boz ay qış mövsümü hesab edilir. Xalq bu ayı incə şəkildə Boz ay adlandırıb:

Mövsümün bu dövrü niyə "Boz ay" adlanır?“Boz ay dörd çərşənbəni əhatə edir. Dünyanın yaranmasında böyük rol oynayan 4 çərşənbə 4 ünsürə bağlıdır: od, yel, torpaq və su. İnsan yaranmasının maddi əsası olan bu ünsürlərə görə, çərşənbələr də Boz ay adlanıb. Rəsmi şəkildə dövlət tərəfindən də qəbul edilib. Bölgələrdə və yerlərdə adətlər fərqlidir. Məsələn, çərşənbələrin adı və vaxtı rayonlarda fərqli qeyd edilir. Bunun da səbəbi Azərbaycanın yerləşdiyi təbii coğrafi şəraitlə əlaqədardır.
Boz ay başladığı müddətdə hava dəyişkən keçir. Gah çiskin olur, gah qar yağır, gah da günəş şəfəq saçır. Boz ay sərt ay mənasına gəlir”.

Daha çox xəbərlər