ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı: “Maliyyə çətinliklərimiz var”
“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uzun müddətdir islahatlar aparır. Dünyada bir çox dəyişiklik olur. Biz isə ən çox sağlamlığa önəm veririk”.
Bunu Musavat.com-a açıqlamasında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib. H.Harmancı qeyd edib ki, sağlamlıq mənfi təsirlərə məruz qalmamalıdır: “Bunun üçün ÜST qüdrətli təşkilat olmalıdır.
Bu, qlobal sağlamlıq üçün önəmlidir. Siyasi dəyişikliklərə uyğunlaşmağa çalışırıq. Maliyyə çətinliklərimiz var”, -deyə Harmancı əlavə edib.