Cəmiyyət 

Ov qaydalarını pozan 75 nəfər cərimələnib

Qanunsuz ov hallarının qarşısının alınması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik və Bioloji Müxtəlifliyin Qorunması xidmətləri tərəfindən yanvar-fevral ayları ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhərinin Pirallahı, Qaradağ, Suraxanı rayonlarının, Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev, Abşeron rayonunun Məmmədli, Xızı rayonunun Yaşma, Neftçala rayonunun Dördlər, Qağalı, Şirvanlı, Xaçmaz rayonunun Tikanoba, Niyazoba, Xəzərli, İmişli rayonunun Məmmədli, İsmayıllı rayonunun Ağbulaq, Sabirabad və Şəmkir rayonlarının ərazisində, həmçinin Mahmudçala, Zəvvar, Qırmızıkənd, Varvara, Sarısu ovçuluq təsərrüfatlarında ov qaydalarının pozulması faktları aşkarlanıb.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Faktlarla bağlı akt, protokol tərtib edilərək ov qaydalarını pozan 67 yerli və 8 xarici ölkə vətəndaşı, ümumilikdə, 82000 manat məbləğində cərimə olunub.

Daha çox xəbərlər