Anar Quliyev: “Ukraynada bərpa-quruculuqla bağlı layihələr hazırlanır”FOTO
Suriyada bərpa-quruculuq prosesində iştirakla bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi qarşısında konkret məsələ qoyulmayıb.
Bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Musavat.com-un sualına cavabında bildirib.
O qeyd edib ki, Azərbaycan Türkiyəyə zəlzələ nəticələrinin aradan qaldırılmasında dəstək göstərib:
“Ukraynada bərpa-quruculuqla bağlı layihələr hazırlanır. Gələcəkdə zərurət olduqca Azərbaycan dost, tərəfdaş ölkələrə dəstəyini göstərməyə, təcrübəsini bölüşməyə hazırdır”.