Bərdə Rayon Mərkəzi Xəstəxanasının kollektivi tərəfindən Şəhidlər xiyabanı ziyarət olunub
Bərdə Rayon Mərkəzi Xəstəxanasının Pediatriya şöbəsinin tibb bacısı Tərlan Həsənovanın övladı, 2016-ci il aprel döyüşləri zamanı şəhid olmuş Həsənov Ziya Niyazi oğlunun ildönümü ilə əlaqədar şəhidlər xiyabanı ziyarət edilib. Şəhidlərin ruhlarına dualar oxunub və məzarları önünə gül dəstələri düzülüb.







