Vaşinqtonda atışma: İki uşaq yaralandı
Vaşinqtonda atışma baş verib, nəticədə üç nəfər, o cümlədən iki uşaq yaralanıb.
ARANTV.AZ Report-a istinadən xəbər verir ki, hazırda baş vermiş hadisədə şübhəli bilinən qara rəngli “Sedan” markalı avtomobil hüquq-mühafizə orqanları tərəfindən axtarılır.
Bildirilir ki, 6 yaşlı qız ayağından güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Daha bir uşaq və qadın da atışma zamanı sınmış parçalardan xəsarət alaraq xəstəxanaya aparılıb.

