Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Rusiyada anti-Azərbaycan isteriyası – daha bir irqçi çıxış, Bakıdan sərt reaksiya…

By Vüsal Rafiqoğlu
03.06.2025 4 Min Read

Zatulin, Valuyev, indi də Matveyev..; Duma üzvü ölkəmizi aşağılayaraq “hansısa aul” adlandırıb; azərbaycanlı deputatlardan şillə kimi cavablar

Rusiyada Azərbaycan və azərbaycanlılar əleyhinə danışanlara Dövlət Dumasının daha bir deputatı qoşulub. Mixail Matveyev əslən Azərbaycandan olan Cəlil Rəfiyevin Rusiyanın Vorkuta şəhər sovetinə namizədliyinin irəli sürülməsindən narazı qaldığını bu sözlərlə ifadə edib: “Azərbaycanın hansısa aulunda doğulan, yarımçıq orta təhsili və iki kiçik tərəvəz dükanı olan birinin deputat olması yolverilməzdir”.

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

 Elxan Şahinoğlu

Məsələ ilə bağlı politoloq Elxan Şahinoğlu deyib: “Birincisi, bu deputatın coğrafiyadan xəbəri yoxdur. Azərbaycanda, onun təbirincə desək, “aul” anlayışı yoxdur, Matveyev ölkəmizi Şimali Qafqaz (Rusiya Federasiyasına aiddir) ölkələri ilə səhv salıb. İkincisi, Rusiyada Dövlət Duması səviyyəsində milli və irqi ayrı-seçkilik təbliğatı aparılırsa, Rusiyanın sıravi vətəndaşından nə gözləmək olar? Cəlil Rəfiyev Rusiya vətəndaşıdırsa, o, yerli şəhər sovetinə namizədliyini niyə irəli sürə bilməz ki? Rusiyalı deputat ayrı-seçkilik toxumu səpməklə Rusiya Konstitusiyasını da pozmuş olur. Buna baxmayaraq, irqçi deputatın təxribatçı açıqlamasına həmkarlarından kimsə etiraz etməyib. Deməli, onlar da Mixail Matveyev kimi düşünürlər. Belə çıxır ki, Rusiya vətəndaşı olan azərbaycanlı nə vaxtsa Rusiya Dövlət Dumasında seçkilərdə iştirak etmək istəsə, Mixail Matveyev kimi şovinist və irqçi deputat və onun kimi düşünənlər buna qarşı da çıxacaqlar”.

Nə baş verir? Rusiyada Azərbaycan əleyhinə aqressiv ton niyə güclənir? Kreml bu deputatları susduracaqmı? Axı bu, ilk belə hal deyil. Zatulin, Valuyev, indi də Matveyev. Dumanın spikeri Vyaçeslav Volodin hara baxır?

Rusiyadan Azər Badamovun ölkəyə buraxılmamasına — Reaksiya

Azər Badamov

Deputat Azər Badamov mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb. Millət vəkili qeyd edib ki, Rusiya Dövlət Dumasının bəzi deputatları tərəfindən Azərbaycan və azərbaycanlılara qarşı təhqir və qərəz doğuracaq ifadələrin işlədilməsi heç də iki ölkə arasında imzalanmış qarşılıqlı müttəfiqlik haqqında sənədin ruhuna uyğun deyil: “Doğrudur, deputat fikir ifadə etməkdə sərbəstdir. Amma bu, millətləri aşağılayacaq ifadələrlə xalqlar və dövlətlər arasında nifaqın salınmasına xidmət etməməlidir. Təbii ki, belə deputatların açıqladığı fikirlərin zərərli olması barəsində parlamentin rəhbərliyi tərəfindən izah olunmalı və intizam komissiyasına çıxarılaraq müvafiq qaydada tənbeh olunmalıdır. Amma bu, baş vermədikdə isə onlarda özbaşınalıq yaranır və dövlətlər arasında münasibətlərdə soyuqluğun meydana gəlməsinə yol açan hərəkətlərdən çəkinmirlər. Həm də deputat öz vətəndaşını milli, etnik və dini mənsubiyyətinə görə aşağılamamalı, öz milli mənsubiyyətini digərlərindən üstün tutmamalıdır. Əgər belə hal baş verirsə, bu, milli, etnik və dini ayrı-seçkiliyin qızışdırılması kimi dəyərləndirilməlidir. Belə ki, Rusiya Dövlət Dumasının deputatı Mixail Matveyevin Cəlil Rəfiyevin Rusiyanın Vorkuta şəhər sovetinə namizədliyinin irəli sürülməsindən narazı qaldığına görə “Azərbaycanın hansısa aulunda doğulan, yarımçıq orta təhsili və iki kiçik tərəvəz dükanı olan birinin deputat olması yolverilməzdir” ifadəsini işlətməsi deputat etikasına uyğun gəlməyən bir hərəkətdir. Məgər Mixail Matveyev bilmir ki, Azərbaycanda aul yoxdur?”

Rusiya deputatı azərbaycanlılara qarşı açıq irqçiliyə keçdi... -  Baki-Xeber.com

Deputat qeyd edib ki, ikincisi isə Cəlil Rəfiyev azərbaycanlı olsa da Rusiya vətəndaşıdır: “Onda belə çıxır ki, Rusiyada başqa millətdən olan vətəndaşlar deputat seçilməməlidir? Həm də Rusiyanın konstitusiyasında  deputatlığa namizəd şəxsin təhsilli olması və onun qanun çərçivəsində göstərilən fəaliyyətin nədən ibarət olması ilə bağlı tələb yoxdur. Amma Matveyevin düşüncəsi ilə deputat ancaq etnik ruslardan seçilməli, ticarətlə məşğul başqa millətdən  olan vətəndaşlar deputat seçilməməlidir”.

A.Badamov hesab edir ki, Dövlət Dumasının rəhbərliyi müvafiq addımlar atmalıdır.

Ceyhun Məmmədov: "Dünya yeni iqtisadi böhranın astanasındadır"

Ceyhun Məmmədov 

Millət vəkili Ceyhun Məmmədov isə məsələyə bu cür mövqe bildirib: “Təəssüflə qeyd etmək lazımdır ki, Rusiya tərəfindən Azərbaycana qarşı dil uzadanların sayı getdikcə artmaqdadır. Zatulin, ondan əvvəlkilər və indi Matveyev – bütün bu şəxslər Azərbaycana qarşı təhqiramiz fikirlər səsləndirirlər. Ümumilikdə bu ifadələri təhlil etdikdə aydın görünür ki, burada açıq-aşkar irqçilik və ksenofobiya əlamətləri var. Azərbaycan və azərbaycanlılar haqqında bu cür fikirləri dilə gətirmək, bu cür mövqe sərgiləmək həmin şəxslərin hansı təfəkkürə sahib olduqlarını bir daha açıq şəkildə göstərir. Əslində bu təfəkkür və düşüncə tərzi uzunmüddətli perspektivdə Rusiyanın özü üçün də olduqca təhlükəlidir.

Bundan əlavə, qanunverici orqanın nümayəndəsinin belə bir açıqlama verməsi və bu cür mövqe bildirməsi ciddi müzakirə mövzusudur. Haqlı olaraq sual doğurur ki, bir qanunverici orqanın nümayəndəsi necə beynəlxalq və yerli hüquq normalarını pozaraq bu cür bəyanatlar verə bilər? Azərbaycanlılar uzun illərdir Rusiyada yaşayır, bu ölkənin dövlətçiliyinin və inkişafının möhkəmlənməsinə öz töhfələrini verirlər. Yəni onlar sadəcə bu gün deyil, illərdir bu ölkənin bir hissəsi olaraq onun tərəqqisinə xidmət edirlər və bu prosesdə fəal iştirak edirlər.

Belə münasibət və yanaşma isə təkcə azərbaycanlılara qarşı deyil, bütövlükdə Rusiyanın daxilində milli və dini zəmində münaqişə riskini artırır, gərginlik ocaqları yaradır və ölkəni uçuruma doğru sürükləyir. Belə açıqlamalar və bəyanatlar, bu cür təfəkkür, baxış və yanaşma, vəziyyəti daha da gərginləşdirir”.

Millət vəkili təəssüflə bu cür məsələlərə heç bir rəsmi reaksiya verilmədiyini deyib: “Üstəlik, nəzərə almaq lazımdır ki, artıq dünyada rusiyalılara qarşı proseslər sürətlənir. Rusiya dövləti və rus milləti beynəlxalq aləmdə getdikcə arzuolunmaz, sevilməz bir imic qazanır. Onların keçmiş sovet ölkələri ilə azdan-çoxdan saxladığı münasibətlər də getdikcə pozulur. Bu münasibətlərin məhv edilməsindən sonra, demək olar ki, onlara qarşı normal münasibət bəsləyən bir ölkə belə qalmayacaq. Bu isə, qeyd etdiyim kimi, bütövlükdə keçmiş sovet məkanında, keçmiş sovet respublikalarında Rusiyaya nifrət, küdurət və xoşagəlməz münasibətin formalaşmasına gətirib çıxaracaq. Nəticədə bu, həm dövlət, həm də xalq üçün ciddi problemlər yaradan məsələyə çevriləcək”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Koronavirus bu ölkələri cənginə aldı – Azərbaycanla bağlı HƏYƏCAN

Next

Gözlər Xankəndidə: 10 ölkə Qarabağa niyə toplaşır?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv