Dünya 

Küçədə yatan fəhlənin üzərindən avtomobil keçdi – VİDEO

Çində küçədə yatan fəhlənin üzərindən avtomobil keçib.

ARANTV.AZ  unikal.org-a istinadən xəbər verir ki, inşaatda işləyən Liang adlı fəhlə günorta yemək yedikdən sonra yuxuya gedib. Bu zaman dayanacaqdan çıxan bir avtomobil onun ayaqlarının üzərindən keçib. Sürücü onun yerdə uzandığını görməyib.

Xoşbəxtlikdən qəza nəticəsində həmin şəxs ölməyib. Xəstəxanaya aparılan fəhlənin vəziyyətinin normal olduğu bildirilib.

Daha çox xəbərlər